Uşaq Xor Kapellası tanınmış opera müğənniləri ilə birgə
Heydər Əliyev Mərkəzində tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun konserti keçirildi. Olaylar.az bildirir ki, konsert proqramı klassik musiqi nömrələri ilə zəngin idi. Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim etdi. İfaçıların Azərbaycan bəstəkarlarından T.Quliyev mahnılarına və Ü.Hacıbəylinin “Sənsiz” romans-qəzəlinə müraciət etməsi xüsusilə diqqətə layiq bir hal hesab etmək olar. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etdi.
4 İyun 2018 10:13 MədəniyyətHeydər Əliyev Mərkəzində tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun konserti keçirildi. Olaylar.az bildirir ki, konsert proqramı klassik musiqi nömrələri ilə zəngin idi. Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim etdi. İfaçıların Azərbaycan bəstəkarlarından T.Quliyev mahnılarına və Ü.Hacıbəylinin "Sənsiz" romans-qəzəlinə müraciət etməsi xüsusilə diqqətə layiq bir hal hesab etmək olar. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etdi.
Bu möhtəşəm tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Xor Kapellası da iştirak edirdi. Uşaq Xor Kapellasının bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevadır. Solistlərlə birlikdə Uşaq Xor Kapellasının ifasında Gennadi Qladovun "Bremen musiqiçilər" filmindən Trubadurun mahnısı, Evgeni Krılatovun "Приключения электроника" filmindən mahnı səsləndi.
Tədbirin sonunda isə Solistlərin və Uşaq Xor Kapellasının ifasından kiçikdən böyüyə kimi hər bir azərbaycanlının qürurla əzbər oxuduğu Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ifa olundu.