Britaniyalı rejissorun ADMİU-da ustad dərsi

Mədəniyyət və İncəsənət Universitetində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə III "British Film Spring" festivalı çərçivəsində britaniyalı rejissor, "Yetkinlik Həyatının Bacarıqları" filminin ssenari müəllifi Paul Fraser ustad dərsi keçib.

Universitetdən "Olaylar" - a bildirilib ki, tədbirdə mütəxəssis Paul Fraser tələbələr ilə bilik və təcrübələrini paylaşaraq, peşəkar bacarıqlarının gücləndirilməsi, onlar üçün yeni olan iş üsullarının öyrənilməsi yollarını və yaradıcılığı haqqında ətraflı məlumat verib. Universitetin "SABAH" qrupu və Kino və televiziya fakültəsinin tələbələri rejissorun müəllifi olduğu qısametrajlı filmlərə baxıb, müzakirələr aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31