ADMİU-da “Səhnə danışığının aktual problemləri” mövzusunda  elmi-praktiki konfrans

Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının təşkilatçılığı ilə "Səhnə danışığının aktual problemləri" mövzusunda Tələbə elmi-praktiki konfrans keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki, universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tədbiri giriş sözü ilə açaraq iştirakçıkara uğurlar arzulayıb. Konfransda professor-müəllim heyətindən Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov, Əməkdar artist, dosent Mahirə Yaqubova, dosent Nadir Hüseynov, Əməkdar artist, dosent Ağalar Bayramov, dosent Kəmalə Mehdiyeva və müəllim Əlizaman Mirzəyev və başqaları iştirak edib.

Tədbirdə Teatr sənəti fakültəsinin tələbələri Əzizə Həşimova "Aktyor yaradıcılığının fomalaşmasında səhnə danışığının əhəmiyyəti", Çimnaz Bağırova "H.Əliyev fenomenal natiq kimi", Fidan Qasımova "Radio və televiziyada nitq mədəniyyəti məsələləri", Kamran Muradlı "Rol üzərində iş prosesində danışığın xarakterliyi üzərində iş", Ümüd Abbaszadə "Azərbaycan dilində durğu işarələri və onların intonasiyalarının əhəmiyyəti", Ayşən Əsədova "Mahnı ifası zamanı sözlərin səlist tələffüzü problemləri. Vokal orfoepiyası", Ağaəli Kərimzadə "Əruz vəzninin yaranma tarixi", Rəfiqə Dadaşova "Azərbaycan teatrının müasir mərhələsi və səhnə danışığı", Məmmədağa Əlilicanzadə "Müstəqillik dövründə ekran sənətində danışıq janrının problemləri" mövusunda elmi məqalələr ilə çıxış ediblər.

Daha sonra tələbələr Elvin Bəxtiyarlı Aygün Həsənoğlunun "İtkinlərə", Nurlan Süleymanlı C.Məmmədquluzadənin "Pirverdinin xoruzu", Rəhiməxanım Qüdrətova R.Rövşənin "Qara paltarlı qadın", Mir Qabil Əkbərov M.Arazın "İnsan qayalar", Ümüd Abbaszadə M.Ə.Sabirin "Bəhri-təvil", Ləman Novruzova C.Cavanşirin "Sən elə bilirsən", Nəzrin Əsgərzadə R.Rövşənin "Kim deyir, yuxuda ölmək asandır", Rəfiqə Dadaşova G.Hüseynoğlunun "Gənc ananın etirafı", Fidan Qasımova

R.Rövşənin "Özümü sevə bilmirəm", Ağaəli Kərimzadə, Novruz Şahverdiyev və Əbülfəz İsgəndərov S.Ə.Şirvaninin bədii qiraət nümunələrini səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31