ADMİU Xocalı yürüşündə
27 Fevral 2017 07:57 MədəniyyətAzadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan yürüş iştirakçıları sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib. Universitetdən "Olaylar" - a bildirilir ki, 40 mindən çox iştirakçısı olan ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31