Məmməd Quliyev – 80
18 Fevral 2017 16:58 MədəniyyətM.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, pedaqoq-bəstəkar Məmməd Quliyevin 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Filarmoniyadan "Olaylar"- a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutub.
Gecədə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31