Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb

Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) bu qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin görüşü olub.

Mərkəzdən "Olaylar" - a dövlət  müşaviri IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçılarını Bakıda və Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu bildirib: "IV Beynəlxalq Multikulturalizm qış məktəbində Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyadan gələn bütün qonaqlarımızı salamlayıram. Bir həftə çox tez gəlib keçdi. Ümid edirəm ki, bu bir həftə ərzində Şəki, Qax, Oguz və Qəbələdə keçirdiyiniz görüşlər, mühazirələr sizin üçün maraqlı oldu.  Bu layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilir. Dövlət başçısı 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan edib. Bizim bundan sonra da müxtəlif layihələrimiz olacaq. Hazırda "Azərbaycanın Gənc Dostları" Beynəlxalq Klubu fəaliyyət göstərir. Arzu edirəm ki, Azərbaycana gəlişiniz ilk olsa da, son olmasın və mütəmadi olaraq bizim aramızda ünsiyyət davam etsin".

Görüşdə tələbələr IV Beynəlxalq multikulturalizm qış məktəbində əyani şəkildə tanış olduqları Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşüblər və gələcəkdə də ölkəmizə səfər etmək arzularını bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31