Nizami Kino Mərkəzində “Kağız qəbir”

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş "Kağız qəbir" filminin təqdimatı keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.

Filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmdə baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.

Qeyd edək ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31