“Muğam və Mənəviyyat”

Martın 21-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" adlı ədəbi-bədii kompazisiya gecəsi keçiriləcək.

Saraydan "Olaylar" - a bildirilir ki, gecədə Respublikanın Xalq artisti Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi iştirak edəcəklər. Muğam sevənlərə muğam və təsniflərimiz təqdim olunacaq.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Gecede iştirak etmək istəyənlər üçün qeyd edək ki, biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri iticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31