İlhamədən şou-biznes əhlinə son xəbərdarlıq: "Öznüzü yığışdırın..."
26 Oktyabr 2015 18:03 MədəniyyətXalq artisti İlhamə Quliyeva başına tac qoyan şou-biznesin xanım nümayəndələrinə səslənib. Lent.az-ın məlumatına görə, "Onlar" verilişində açıqlama verən xalq artisti tac taxanlara xəbərdarlıq edib: "Bir də görürsən müğənniciklər başına tac qoyur və deyir ki, "Vay, İlhamə xanım məni öldürəcək. Ayıbdır. Bu nə deməkdir? Birincisi o tacı başa qoyma. Çünki o tacı sən qazanmalısan. Bu nə mesajdır göndərirsiniz? İlhamə xanımın işi-gücü yoxdur? İlhamə xanımın işi onun-bunun başına əl-ayaq qoymaq, xeyir-dua verməkdir. Belə sözlər deməsinlər, başlarından böyük danışmasınlar. Belə olur ki, bir çoxları sənət adamlarına nifrəti yaranır. Artıq danışmaq olmaz. Deyəcəyiniz sözü əvvəlcə düşünün. Başına tac qoymusan, xeyirli olsun. Amma ismarış göndərmə. Kim nə istəyir başına qoysun, amma sonuncu dəfə deyirəm ki, özlərini yığışdırsınlar. Mənim 11-12 tacım var".