Sevda Yahyayeva: "Ürəyim qırıldıqdan sonra..."

Tanınmış müğənni Sevda Yahyayeva yeni biznesə başlayıb. Milli.Az xəbər verir ki, bu haqda "10LAR" verilişinə müsahibə verən Yahyayeva müğənnilik fəaliyyəti ilə yanaşı, biznes qurmağı da planlaşdırıb. "Fikir verirəm ki, hər kəsin öz işindən əlavə, digər bir işi daha var. Mən də bu haqda fikirləşirəm. Yeni mahnılar, kliplər və müğənnilik fəaliyyətim öz yerində qalacaq. Ancaq bununla paralel başqa bir işimin də olmağını istəyirəm". Müğənni naxələf dostlarından şikayətlənib. Sevda ona pislik edənlərə pisliklə cavab vermədiyini açıqlayıb: "Bəzən gözləmədiyin insandan elə bir zərbə alırsan ki, şok olursan. Deyirlər, insanı tanımaq çox çətindir, bunun üçün zaman gərəkdir. Niyyəti pis olan insanlar zamanla səndən uzaqlaşırlar. Dostluqların ömrü çox az olur, onların rolları bitdikcə özləri həyatımdan çıxır.  Biri mənə pislik etsə belə, oturub ona pislik etmək üçün plan qurmaram. Onu acılaya bilərəm, xətrinə dəyə bilərəm, amma arxasınca heç bir pislik etmərəm. Ürəyim qırıldıqdan sonra həmin insanla əvvəlki münasibətdə ola bilmərəm. Arxamca nə istəyirlər, danışsınlar, əsas odur ki, məni görəndə üzümə heç nə deyə bilmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31