Ebru Gündeş boşanma xəbərlərindən danışdı
25 Oktyabr 2015 15:32 MədəniyyətMüğənni Ebru Gündeşin həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrabdan boşanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.Mili.Az-ın axşam.az-a istinadən məlumatına görə, ötən gün paparassilər tərəfindən görüntülənən sənətçinin barmağında nişan üzüyünün olmaması şayiələri daha da alovlandırıb. Ebru yazılanlarla bağlı sosial şəbəkədə açıqlama verib.O, dedi-qoduların əsassız olduğunu bildirib:"Son vaxtlar şəxsi həyatımla bağlı yazılan xəbərlərin heç biri doğru deyil. Belə informasiyalara, xahiş edirəm, etibar göstərməyin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31