Gülay: "Dekolte geyinmirəm, çünki..."

Müğənni Gülay Zeynalova həyat yoldaşı Kamilin geyimlərinə müdaxiləsindən danışıb. Gecce.az-a bildirib ki, Kamilin onun geyimləri ilə bağlı bəzi şərtləri olur: "Hər kişi xanımına geyimləri ilə bağlı bəzi göstərişlər verir. Kamilin də bəzi şərtləri olur. Ciddi müdaxiləyə ehtiyac qalmır. Çünki heç vaxt əndazəni keçmirəm və açıq-saçıq geyimlər geyinmirəm. Hər zaman geyimlərimə fikir verən xanım olmuşam. Dekolte geyimlərə marağım olmayıb. Ən çox klassik üslubda geyimləri sevirəm. Amma gündəlik həyatımda daha çox idman üslubu geyinirəm. Hündürdaban ayaqqabıdan gündəlik həyatda heç vaxt istifadə etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31