Bu tamaşa Rus Dram Teatrının səhnəsində 50-ci dəfə oynanılacaq

“Karamazov qardaşları” 50-ci dəfə oynanılacaq

Oktyabrın 29-da Rus Dram Teatrının səhnəsində "Karamazov qardaşları" 50-ci dəfə oynanılacaq. Rus Dram Teatrının mətbuat xidmətindən  "Olaylar" az-a verilən məlumata görə, yaradıcı heyət bu günə xüsusi hazırlaşır. "Karamazov qardaşları"nda teatrın böyük yaradıcı heyəti iştirak edir. Belə ki, tamaşada iki xalq artisti Məbud Məhərrəmov və Səfa Mirzəhəsənov, 5 əməkdar artist Firdovsi Atakişiyev, Ayan Mirqasımova, Mələk Abbaszadə, Salman Bayramov, Əsgər Rəhimov iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti İranə Tağızadədir. Quruluşçu rəssamı Tatyana Melnikovadır. (Sankt-Peterburq)
İşıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Azərbaycanın əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
F.M.Dosteyevskinin 2 il ərzində yazdığı son romanı Rus Dram Teatrının səhnəsində ilk dəfə 2010-cu ilin mart ayında oynanılıb. Əsərdə Allah, mənəviyyat, azadlıq kimi dərin mövzulara toxunulub.
Onu da qeyd edək ki, bu əsər dünyada ən çox tamaşaya qoyulan əsərlərdən biridir. Bu roman əsasında Rusiya, Amerika, Yaponiya, Çexiya, İtaliya, Fransa kinematoqrafları tərəfindən 15-dən çox film və serial çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31