Ağaxan Abdullayev: "Özümü yaxşı hiss edirəm"

"Hazırda özümü yaxşı hiss edirəm". Axşam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev deyib. "Səhhətimlə əlaqədar Türkiyəyə müayinə və müalicəyə getmişdim. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Səsimdə problemlər var. Amma həkimlər düzələcəyini deyiblər. Bu axşam Muğam Müsabiqəsində iştirak edəcəm. Axı, mən müsabiqədə münsiflər heyətinin üzvüyəm. Bakıda olmadığıma görə, Muğam Mərkəzinə gedə bilmirdim, bu gün inşallah gedəcəm", - A.Abdullayev əlavə edib. Xatırladaq ki, ötən gün xalq artistinin dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31