Faiq Ağayev qəzəbləndi: “Vicdansızlar!”
2 Mart 2015 12:00 MədəniyyətAzərbaycanın Xalq artisti Faiq Ağayev xanəndə Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə dezinformasiya yayan saytları sərt şəkildə tənqid edib. Belə informasiyaların tirajlanmasının etik normalara sığmadığını deyən F.Ağayev, bu barədə yalan məlumat yayan saytların reytinq üçün çalışdıqlarını vurğulayıb. "Vicdansızlar! O andıra qalmış reytinqə görə, adamı diri-diri dəfn edirlər. Allah Ağaxan müəllimin qalan ömrünü uzun, sağlam, səadət dolu etsin" - deyə xalq artisti bildirib.
Qeyd edək ki, xanəndə Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbər yayılıb. Bildirilir ki, xərçəng xəstəliyindən əziyyət çəkən ustad sənətkar dünən axşam saatlarında vəfat edib. Lakin Ağaxan Abdullayevin oğlu məlumatı təkzib edib. O, bildirib ki, atası sağdır və Facebook-da atası ilə fotosunu paylaşıb. ("OLAYLAR" İA)