Nuriyyə Əhmədovanın səhhətindən xəbər var

Xalq artisti Nuriyyə Əhmədova Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsindən evə buraxılb. Bu barədə aktrisanın özü Lent.az-a məlumat verib. Aktrisa deyib ki, artıq bir neçə gündür ki, ev şəraitində müalicə olunur: "Daim həkimlərin nəzarətindəyəm. Ev şəraitində müalicə olunuram. Həkim məsləhət gördü ki, vaxt olduqca hava da qəbul edim. Bacardığım qədər hava qəbul edib, dərmanlarımı qəbul edirəm. Hər gün həkim mənim vəziyyətimlə maraqlanır. Yaxşı olacağıma ümidliyəm. Allah heç kəsi xəstə edib, yatağa salmasın". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31