Azərbaycanlı müğənni: "Bütün maşınlarım kreditlə alınıb"

"Özümü kiməsə göstərmək üçün kreditə girib, maşın almamışam". Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abdullayev "APA TV"nin "Səhər zəngi" verilişinə qonaq olarkən deyib. O bildirib ki, hazırda bir çox şou əhli kiməsə acıq vermək üçün bahalı avtomobil idarə edir: "İndiki dövrdə müğənnini maşınına, geyiminə görə qəbul edirlər. Bu isə düzgün deyil. Heç vaxt çalışmamışam ki, kiməsə görə nəsə edim. Bu günə qədər idarə etdiyim maşınlarım kreditlə alınıb. İndi də "Dodge Durango" markalı maşın idarə edirəm. İstəmirdim ki, kreditə girim, amma belə alındı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31