Xalq artistinin qızı əməliyyat üçün yardım istədi - 8 min manat
26 Fevral 2015 11:01 MədəniyyətXalq artisti, mərhum aktyor Hacıbaba Bağırovun birinci ailəsindən olan qızı Lalə Bağırova əməliyyat üçün insanlardan yardım istəyib. Lent.az-ın məlumatına görə, "Öz aramızda" verilişinə qonaq olan xalq artistinin qızı deyib ki, onun ürək əməliyyatına 8 min manat pul lazımdır: "Atam da, anam da dünyasını dəyişdi, təkəm. Həyatda məni saxlayan qızımdır. Heç kimim yoxdur. Qızım olmasaydı, bura gəlib, sizdən heç nə istəməzdim. Həkimlər dedilər ki, ürəyimdən əməliyyat olunmalıyam. Bunun üçün də 8 min manata ehtiyacım var".
Daha sonra H.Bağırovun ikinci həyat yoldaşı Arzu xanım verilişə telefon zəngi ilə qoşulub. O bildirib ki, mərhum sənətkar dünyasını dəyişməzdən öncə birinci ailəsini heç görmək istəmirdi: "Hacıbaba müəllim qızı ilə küsülü idi. O, can verəndə söylədim ki, bəlkə Laləyə zəng edim, barışasan? Dedi: "Əgər ölümümü tezləşdirmək istəyirsənsə, bunu edə bilərsən".