“Qızım atası ilə görüşmək istəmir”

Rəqqasə Fatimə Fətəliyeva "Qonaq gəl bizə" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, sənətçi qızının atası ilə görüşmədiyini deyib: "Qızımı nənəsi böyüdüb. Başqa təbiyətdə biridir. Çox ağır qızdır. Mənə deyir ki, istəmirəm məclislərə gedəsən, oynayasan. Qızım atası ilə görüşmür. Artıq onunla bir araya gəlmək istəmir". Kreditlərindən danışan F.Fətəliyeva "Kim istəməz ki, ona avtomobil hədiyyə olunsun? Amma maşınımı özüm almışam. Kreditlərim var. İşimlə bağlı götürmüşəm. Evim də kreditdə idi, yenicə bitirdim" deyə, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31