İlhamə Qasımova 40 gün Hindistanı gəzib

Müğənni İlhamə Qasımova Hindistan səfərini başa vurub. Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində təəssüratlarını bölüşüb: "Səfər zamanı xəstələndim, hərarətim heç düşmədi. Buna baxmayaraq, 40 gün ərzində Hindistanın ən gözəl yerlərini gəzdim: Qoa, Mumbay, Deli və Tac Mahala getdim. Oranın tanınmış müğənniləri ilə görüşdüm. Əgər alınsa, həmin hind müğənniləri ilə duetlərim olacaq. Caypur səfəri zamanı Salman Xanın film çəkilişinin baş tutduğu yerdə oldum. Hətta aktyorun özü ilə görüşüb söhbət etdim. Amma şəkil çəkdirməyə utandım. Onun üçün mahnı oxudum. O da zümzümə etdi. Əgər planlaşdırdığım layihələr alınsa, yaxın günlərdə yenidən Hindistana qayıdacam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31