Azərbaycanlı müğənni “Duz-çörək” kəsdiyi insanlardan danışdı VIDEO

Niyam Salami dostlarının şərəfinə nə etdi?

Niyam Salami: "Duz çörəyimi itirən insanlar olub"

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. .....az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Azər Şirin, musiqisi Zaur Zeynla məxsus mahnını lentə aldırıb: "Müğənnin işi oxumaq, yeni mahnılar yazdırmaqdır. Mən də payıma düşəni etməyə şalışıram. Daim yeni mahnılar yazdırıram. Repertuarımda ən çox lirik mahnılar yer alıb. Amma bununla yanaşı ritmik bəstələr də ifa etmişəm. Bu gün təqdim etdiyim mahnı dostluğa aiddir. Sadiq, duz-çörəyi itirməyən dostlara həsr edilib. İndiki dövrdə yaxşı, dürüst dost qazanmaq çətin məsələdir. Zaman-zaman duz-çörəyimi itirən insanlarda olub. Pis insanları unudub, yaxşı dostların dəyərini bilmək lazımdır. Elə bu mahnımı dostlarımın şərəfinə ifa etmişəm. Mahnının da seviləcəyinə inanıram". N.Salaminin sözlərinə görə, "Dostum" adlı bəstəyə klip çəkilişləri də nəzərdə tutub.
Qeyd edək ki, ifaçı sözügedən mahnı üçün fotosessiya da etdirib. N.Salaminin ifasında olan "Dostum" adlı bəstəni təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31