Akademik Milli Dram Teatrının direktoru Serbiya səfiri ilə görüşüb
19 Fevral 2015 15:55 MədəniyyətAkademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov Serbiyanın Azərbaycandakı səfiri cənab Neboyşa Rodiçi qəbul edib. Görüşdə iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov cənab səfirə Azərbaycan teatrı haqqında ətraflı məlumat verib, son illər ərzində Azərbaycanda teatr sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Neboyşa Rodiç Serbiya hökumətinin hər zaman Azərbaycan ilə sıx əlaqələr qurmaq istədiyini, xalqlarımız arasında yaxın dostluq münasibətlərinin olduğunu vurğulayıb. Görüşdən sonra qonaqlar Akademik Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan "Nazirin xanımı" tamaşasına baxıb. Serb dramaturqunun pyesinin Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulmasından məmnunluğunu bildirən səfir tamaşa haqqında xoş sözlər söyləyib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.