"Ərimdən çox qazanırdım"

"Ailənin bütün xərcləri mənim üstümə düşürdü. Yoldaşım məndən az qazanırdı". Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Rühəngiz Müsəvi "Yeri gəlmişkən" verilişində deyib: "Ailə həyatı quranda bunu bilirdim. Qayınanam demişdi ki, oğlum az qazanır. Mən sevib ərə getdim. Evimin həm qulluqçusu, həm də xanımı idim. Ərimdən çox qazanırdım. Amma buna görə heç vaxt aramızda problem, dava yaşanmadı. Bu hala normal baxıram".

Qeyd edək ki, R.Müsəvi həyat yoldaşı ilə boşanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31