"Qəbul etsəydim, indi villalarım var idi"
17 Fevral 2015 18:40 MədəniyyətXalq artisti Nisə Qasımova bir vaxtlar ona hədiyyə edilən maşınlardan, evlərdən imtina edib. Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Düzünü desək" verilişində danışıb. O, bundan peşman olmadığını söyləyib: "Respublikanın xalq artistiyəm. Bəlli nüfuzum var. Bir zamanlar mənim də varlanmaq üçün imkanlarım yaranmışdı. Onları istəmədim. Qəbul etsəydim, indi böyük maşınlarım, villalarım var idi. Bunları arzuladığım vaxtlar da olub. Amma istəyimə yox, şüuruma üstünlük verdim. Əgər mən onları seçsəydim, insanlar arasında indiki kimi hörmət qazanmazdım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31