Xocalı Soyqırımı qurbanlarına həsr edilmiş klip təqdim olundu VIDEO

Tanınmış müğənni, "Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı Səbuhi Həsənov yeni klipini təqdim edib. Bu barədə məlumatı "Olaylar"a sənətçinin özü verib. "Gözü yaşlı Xocalım" adlı mahnıya çəkilən klip, Xocalı Soyqırımı qurbanlarına həsr olunub. Rejissoru və ideya müəllifi İbrahim Türksoya məxsusdur. Mahnının sözləri Sabir Abdinovun, musiqisi isə Sahil Əliyevindir. Klip Yevlax rayonunun Xaldan kəndində lentə alınıb. Qeyd edək ki, Səbuhi Həsənovun sonuncu klipi bu yaxınlarda təqdimatı keçirilən "Sevgimiz" adlı mahnıya çəkilib. ("Olaylar.az")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31