Azərbaycan "Eurovision-2015" təşkilatçılarına xəbərdarlıq etdi
13 Fevral 2015 17:38 MədəniyyətAvstriyada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin qondarma soyqırıma həsr olunmuş "Don't Deny" (İnkar etmə) adlı mahnı oxuyacağı haqqında KİV-lərdə xəbər yayılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən Trend-ə bildiriblər ki, "Eurovision" mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz. İTV bəyan edir ki, əgər bu xəbər təsdiqlənsə, İctimai Televiziya və Radio Yayımları Şirkəti də həmin müsabiqədə adekvat addım atacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31