Günay Musayevanın kinosu təqdim olundu
"Kod Adı: K. O. Z." mart ayında Bakıya gələcək
12 Fevral 2015 16:30 MədəniyyətAzərbaycanlı model Günay Musayevanın rol aldığı "Kod Adı: K. O. Z." adlı türk filminin təqdimatı baş tutub. Anspress-in məlumatına görə,"Parantez Yapım" və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynəb obrazını canlandırıb. Film paralel hökumət qurmaq istəklərindən bəhs edir. Ötən gün təqdimatı baş tutan filmdə G.Musayeva xüsusi xidmət orqanı əməkdaşını canlandırır. Qala gecəsinə qırmızı cəlbedici geyimdə qatılan azərbaycanlı model də belə keyfiyyətli bir işin içərisində olmaqdan xoşbəxt olduğunu deyib. "Hər şeyin gözəl olacağına inanıram". Təqdimatda Musayevanın ayrılıq ərəfəsində olduğu aktyor Tolqa Karel də iştirak edib. Aktyor bu filmin Türkiyədə demokratiyaya doğru atılan addım olduğunu deyib.
Qeyd edək ki, filmin Azərbaycanda da təqdimatı nəzrdə tutulub. Bakıda nümayiş mart ayına planlaşdırılıb.