Elnur "O səs Türkiyə"ni fəth etməkdə davam edir
11 Fevral 2015 09:36 Mədəniyyət"O səs Türkiyə"də yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov 1/4 final mərhələsində səhnəyə çıxıb.
Trend-in TV 8 telekanal;na istinadən verdiyi məlumatına görə, Ebru Gündeşin komandasında yarışan həmyerlimiz Şəbnəm Fərahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını oxuyub.
Türk dilində ifasıyla münsiflərin rəğbətini bir daha qazanan azərbaycanlı ifaçı haqqında Ebru bunları deyib: "Elnur çox güclü səsdir. O, bunu elə gəldiyi ilk gündə jüridəki dostlarımın onu ayaq üstə alqışlamasıyla sübut edib".
Formata əsasən səhnədə digər komandanın ifaçıları ilə yarışan E.Hüseynov dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.