Kazımova sirrini açıqladı

Müğənni həyat tərzini dəyişir

Tanınmış müğənni Sevda Kazımovanın bəzilərini qısqandıran cazibərdarlığının sirrini açıqlayıb. Anspress-in məlumatına görə, müğənni bu il yaradıcılığına ciddi vaxt ayırdığı kimi, sağlamlığına da diqqət yetirməyə başlayıb. Öz üzərində ciddi işləməyə qərar verən Kazımova, sağlam həyat tərzinə üstünlük verir. Gözəl bədən quruluşunu saxlamaq üçün pəhriz saxlayan müğənni, eyni zamanda həftənin 5 gününü idman zalında keçirir. Açıqlamasında bunun çətin olduğunu bildirən müğənni, formada qalmaq üçün təkcə pəhriz saxlamağın düzgün olmadığını, həmçinin, idmanla məşğul olmaq haqqında məlumatı olduğunu bildirib.

Qeyd edək ki, müğənni bir müddət öncə 12 ildir ayrıldığı həyat yoldaşı ilə barışıb. S.Kazımovanın həyat yoldaşı bu barışığın şərəfinə ona paytaxtda ev, bahalı avtomobil hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31