Azərbaycanın xalq artisti "Grammy" mükafatına layiq görülüb
10 Fevral 2015 15:09 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillari Hanın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.
Qeyd edək ki, musiqi dünyasının ən nüfuzlu mükafatı olan "Grammy" laureatlarının 57-ci təqdimetmə mərasimi ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilib. Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafatın qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31