“Qızım ailə qurandan sonra ərə gedəcəm”

Əməkdar artist Naibə Allahverdiyeva yenidən ailə quracaq. Axşam.az-ın məlumatına görə, aktrisa arzuladığı həyat yoldaşı obrazını canlandırıb: "Təklik dəhşətdir. Qadın kişi, kişi qadın üçün yaranıb. Qadının hər zaman ömür-gün yoldaşı olmalıdır. Qızım ailə qurandan sonra mən də ərə gedəcəm. Hələ ki, qızım evdədir, istəmirəm. Ona görə subay qalmışam. Qadın nə qədər işləsə də, ər çörəyi başqadır. Kişinin qazandığı pul daha bərəkətli olur. Heç vaxt var-dövlət aşiqi olmamışam. Mənim üçün kişinin ziyalı, mədəni, yüksək dünyagörüşü olması daha önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31