Elnarə Azərbaycanın siması seçilib
6 Fevral 2015 14:50 MədəniyyətMüğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq. TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi Türk Dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində "Avaz" adlı Türk Dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün hər bir Türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün Elnarəni seçiblər. Bir neçə gündən sonra yaradıcı heyət klip çəklişləri üçün Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq. Klip və mahnı TRT Avaz və bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31