Maraq Tahirqızının yeni müstəntiqi danışdı

Maral Tahirqızının cinayət işini araşdıran yeni müstəntiq Elməddin Paşayev danışıb

Milli.Az xəbər verir ki, E.Paşayev qafqazinfo-ya açıqlamasında bildirib ki, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir: "Məsələ ilə bağlı bir neçə şəxs dindirilib". E.Paşayev müstəntiqin dəyişdirilməsinin səbəbini bilmədiyini deyib: "Rayon Prokurorluğu belə məsləhət bilib. İş həmin müstəntiqdən alınıb, mənə verilib. Səbəbini bilmirəm". E.Paşayev ondan əvvəl işi araşdıran müstəntiq Azad Əliyevin töhmət alması haqda məlumatı olmadığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31