Xocalı qurbanlarına həsr olunmuş klip çəkilir VIDEO
5 Fevral 2015 17:05 MədəniyyətTanınmış müğənni, "Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı Səbuhi Həsənov yeni klipinin təqdimatına hazırlaşır. Bu barədə məlumatı "Olaylar"a sənətçinin özü verib. Hazırda üzərində montaj işlərinin aparıldığı "Gözü yaşlı Xocalım" adlı mahnıya çəkilən klip, Xocalı Soyqırımı qurbanlarına həsr olunub. Rejissoru və ideya müəllifi İbrahim Türksoya məxsusdur. Mahnının sözləri Sabir Abdinovun, musiqisi isə Sahil Əliyevindir. Qeyd edək ki, Səbuhi Həsənovun sonuncu klipi bu yaxınlarda təqdimatı keçirilən "Sevgimiz" adlı mahnıya çəkilib. ("Olaylar.az")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31