Faiq Ağayev: “Nə yaxşı ki varsız, Maestro”

Azərbaycanın Xalq artisti Faiq Ağayev həmkarı Polad Bülbüloğlunu 70 illik yubileyi münasibətilə təbrik edib. "Olaylar"ın məlumatına görə, o bu barədə "Facebook" səhifəsində yazıb. "Azərbaycan SSR-in xalq artisti, Azərbaycanın sabiq Mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri - maestro Polad Bülbüloğlunun doğum günüdür. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm! Ona can sağlığı, səsinin, sənətinin həmişə cavan olmasını arzulayıram. Sevgi, sayqı və məhəbbətimi çatdırıram. Yubileyiniz mübarək, Maestro! Nə yaxşı ki, varsız" - deyə Faiq Ağayev qeyd edub. Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini (Bülbül) götürüb. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərmişdir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir. 1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb. 1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir. Geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir. Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31