"Qızım keçmiş həyat yoldaşı ilə barışa bilməz"

Müğənni Manaf Ağayev oğlunu evləndirmək istəyir. Axşam.az-ın məlumatına görə, "Düzünü desək" verilişində ifaçı övladı üçün ürəyincə qız tapa bilməməkdən şikayətlənib: "Oğlumun 27 yaşı var. Dövlət işində çalışır. Evi, maşını var, ağlı başında uşaqdır. Övladımı evləndirə bilmirəm. Bu mənə hazırda ən böyük problemdir. Elə bilirdim qız övladı böyütmək valideyn üçün çətindir, amma oğul ondan böyük problem imiş. Alacağım qızın ailəsi ailəmə uyğun olmalıdır. Söhbət var-dövlətdən getmir. Valideynlərlə oturub söhbət edə bilək. Yoxsa qudam bizə gələndə görüşməmək üçün qaçıb gizlənməyim". M.Ağayev "Qızınız keçmiş həyat yoldaşı ilə barışdı" sualına "Yox. Barışa bilməz", - deyə cavab verib.

Qeyd edək ki, M.Ağayevin yeganə qızı Səmayə 2010-cu ildə Orxan adlı gənclə ailə qurmuşdu. Müğənni açıqlamalarında kürəkəninin narkotik maddə istifadəçisi olduğunu və qızını ondan ayırdığını demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31