"Arıqlayıb 73 kiloqram olmuşam"
3 Fevral 2015 18:22 MədəniyyətAparıcı Kamilə Babayeva ana olduqdan sonra artıq çəkidən necə qurtulmağının sirrini açıqlayıb. Axşam.az-ın məlumatına görə, o, "İncə+" verilişində massaj vasitəsilə arıqladığını deyib: "Hamilə olanda çəkim 105 kiloqram idi. Pəhriz saxlamırdım. Bunu özümə kompleks etmirdim. Son üç aya qədər 93-95 kiloqram idim. İndi 73 kiloqram olmuşam. Mən pəhrizdən, massajdan əlavə, düşüncə gücü ilə arıqlayıram. Bunu insanlara deyəndə mənə gülürlər. Beynimə siqnal verirəm ki, efirə qayıdıram, qızımın artıq 1 yaşı olub, arıqlamalıyam. Beş dəfə ana olanlar arıqlayırdı, mən isə yox. İnsanlar etik normalara görə bunu üzümə vurmurdular. Gördüm ki, özgüvənim azalır. Dostlarımın yanında sıxılıram. Mən hər zaman rahat olmağı xoşlamışam. Psixoloji narahatlıq keçirirdim. Ona görə arıqlamağa qərar verdim".