“Yenə o bağ olaydı” oğurlandı

Elçin İmanov: “Şirkət müəllif hüquqlarını kobudcasına tapdalayır”

Azərbaycanın tanınmış bəstəkarı Elçin İmanov müəllif hüquqlarının pozulması barədə danışıb. "Olaylar"ın məlumatına görə, o, "Believe Music" adlı şirkətin bəstələrini oğurladığını bildirib. "Mənim 20 ildə yazıb yaratdıqlarım həyasızcasına "Believe Music" adlanan dələduz qurum tərəfindən mənimsənilir. Şirkət müəllif hüquqlarımı kobudcasına tapdalayır. "Ana küləklər", "Yenə o bağ olaydı", "Həyat sevgisi", "Abşeron", "Qarabala" və digər mahnılarımın "müəllif hüquqları" sən demə bu dələduzlarda imiş. Bütün dost və pərəstişkarlarımdan xahiş edirəm, bu üzdəniraqlar haqqında hər hansı məlumatları varsa,  mənimlə bölüşsünlər. Bunların ucbatından Azərbaycanın bəstələri hər yerdə anonim səsləndirilir. Ar olsun sizə, mən ömür boyu xalqıma xidmət edirəm, nə fəxri adım var, nə hədiyyəli evlərim var. Ürəyim həmişə vətənlə döyünüb" - deyə Elçin İmanov bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31