Faiq Ağayev gəncləri belə təbrik etdi

“İllər üzünüzdən təravəti, qəlbinizdən fərəhi yox etməsin”

Azərbaycanın Xalq artisti Faiq Ağayev Beynəlxalq Gənclər günü münasibətilə gəncləri təbrik edib. "Olaylar"ın məlumatına görə, o, bu barədə öz "Facebook" səhifəsində yazıb. "Bu gün - fevral ayının 2-si, Beynəlxalq Gənclər Günüdür. Əslində, ruhən gənc, cavan olan hər kəsə bu təbrikdən pay düşür. Belə bir deyim var ki, "Gənclik - təkamülün çarpan ürəyi, düşünən beynidir". Döyünən ürəyiniz, düşünən beyniniz yalnız xoş gələcəkdən, nurlu sabahlardan yararlansın. Arzum budur ki, illər ötsə belə, zahirən cavan, ruhən gənc qalasız. İllər üzünüzdən təravəti, qəlbinizdən fərəhi yox etməsin. Gənc ikən görülməsi vacib olan işləri axsatmayaq ki, gələcəkdə gəncliyimizlə bağlı xatirələrdən həzz alaq! Bir daha Azərbaycanın bütün gənclərini, Gənclər Günü münasibəti ilə təbrik edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31