İlhamə nişanlısını belə yedizdirdi

Ötən gün müğənni Elçin Hüseynov oğlu Pənahın kiçik toyunu edib. Lent.az-ın məlumatına görə, gecəyə dəvətli olan məşhurlar çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşıb. Aparıcı İlhamə Bədəlovanın nişanlısı Muradla çəkdirdiyi şəkil daha böyük marağa səbəb olub. Belə ki, aparıcının nişanlısına çiyələk yedizdirməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. 
Qeyd edək ki, İ.Bədəlova Türkiyədə yaşayan azərbaycanlı iş adamı Murad Fətullahla ötən ilin aprelində nişanlanıb. Paytaxt məkanlarının birində baş tutan nişan mərasiminə şou-biznesin bir çox tanınmış simaları gəlmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31