Fatimə İntiqam və Ehtiram qardaşları ilə bir araya gəlir

Tanınmış rəqqasə Fatimə Fətəliyeva "Davay dasvidaniya" meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram qardaşları ilə birgə layihə həyata keçirəcək. Bu barədə Olaylar.az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, həmin layihənin Azərbaycanda analoqu olmayacaq: "Bir neçə ay öncə İntiqam və Ehtiram qardaşları ilə görüşdük və belə bir razılığa gəldik ki, birgə layihə edək. Həmin layihə mənim bu illər ərzində keçdiyim yaradıcılıq yoluma rəqs etdiyim nümunələr də yer alacaq. Bu barədə ətraflı danışmaq istəmirəm. Çünki şou-biznesdə ideya oğruları çoxdur. Yaxın müddətdə çəkilişlərə başlayacağıq, layihə hazır olduqdan sonra mediaya təqdim olunacaq. Düşünürəm ki, həyata keçirəcəyimiz bu layihə Azərbaycanda ilk dəfə həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31