Vaqif üçün darıxdıran statuslar
28 Yanvar 2015 14:10 MədəniyyətAzərbaycan ədəbiyyatına və ictimai həyatına ağır itki üz verdi. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu Bakıda yaşadığı evdə dünyasını dəyişib. Şairin ölümünü hərə bir cür qarşıladı. Onlar isə hisslərini yazaraq bildirdilər.
"Olaylar.az" məşhurların Vaqif Səmədoğluna həsr etdikləri ən yaxşı "Facebook" statuslarını təqdim edir:
Elçin Bayramlı: "Ruhu şad olsun. Sonuncu mogikanlar gedir, yerlerinə it-qurd doluşur".
Vəsilə Vahidqızı: "Bəs deyirdilər ki, şairlər ölmür".
Təranə Xudabaxşıyeva: "Allah, özüm gəlim, yoxsa kimisə göndərirsən? - deyirdi şeirində. Getdi. Vaqif Səmədoğlu da əbədiyyətə qovuşdu".
Cəlil Cavanşir: "Görüşənədək, Vaqif Səmədoğlu!".
Kənan Hacı: "Vaqif Səmədoğlu, səndən gələn bu xəbər bizi sarsıtdı".
Vüqar Qurdqanlı: "Hamımızı yasına dəvət etmişdi".
Emil Salamoğlu: "Allah, özüm gəlim, ya kimisə göndərirsən?" - deyən sonuncu mogikan Vaqif Səmədoğlu həyatla vidalaşdı".
Aydın Xan Əbilov: "Bir Vaqif vardı şeirimizdə, qəlbimizdə
Anar Bayramoğlu: "Saxladılar yer kürəsini. Və.... Və Vaqif Səmədoğlu yer kürəsini tərk etdi... Əlvida şair. Əlvida maraqlı insan. Əlvida ədəbiyyat fədaisi"
Aynur Camalqızı: "Vaqif müəllim daha ağrısız yatır"