Doğuş Xoşqədəmdən uşaq istədi: “Bir də bəbişimiz olsa...”

"Xoşqədəmi ilk dəfə görəndə təsirinə düşdüm. Mələk kimi gözləri var idi. Etiraf edirəm, təsirinə düşdüm. Həyat yoldaşım olduğu üçün çox xoşbəxtəm".
Ailem.az-ın xəbərinə görə, bu sözləri ATV kanalkının tanınmış aparıcısı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş CNN Türk kanalında dünən gecə yayımlanan "Burda laf çok" adlı proqramda deyib. Verilişdə iki mahnıdan ibarət  yeni albomu "Yenidən Doğuş"u tanıtdıran Doğuş deyib ki, dünyada ailədən daha əhəmiyyətli bir şey yoxdur: "Hamımızın səhvləri ola bilər. Bəlkə də bu "Yenidən Doğuş" həyat yoldaşımla evləndikdən sonrakı yenidən doğuşdur". "Həyat yoldaşım mənim ikinci şansımdır" deyən Doğuş çox xoşbəxt olduğunu bildirib: "İndi bir dənə də uşağımız olsa, tamamdır, daha nə olsun!?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31