Aygün “O səs Türkiyə”dən uzaqlaşdırıldı

"Bu gün “O səs Türkiyə”də son səhnəm oldu"

 O, jüri tərəfindən bəyənilsə də, xalq seçimini keçə bilməyib.Türkiyədə keçirilən "O səs Türkiyə" yarışmasının azərbaycanlı iştirakçısı proqramdan uzaqlaşdırılıb.ANS PRESS-in məlumatına görə, yarışmanın "çarpaz duel" mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün Miyak İsmayılova münsiflər tərəfindən bəyənilsə də, tamaşaçı seçimini keçə bilməyib."O səs Türkiyə"də dördüncü tura qədər irəliləyən həmyerlimiz bu barədə sosial şəbəkədə məlumat verib."Bu gün "O səs Türkiyə"də son səhnəm oldu. Xoşbəxtəm, çünki münsiflər yox, əllərinə düyməcik verilmiş məktəb uşaqları uzaqlaşdırdı. Dünyanın işinə bax" - deyə müğənni təəssüf hissini dostları ilə bölüşüb.Onun yaxın dostları və pərəstişkarları ruhdan düşməməyi, hamının onun istedadına bələd olduğunu yazaraq dəstək veriblər.Qeyd edək ki, Aygün Miyak İsmayılova "O səs Türkiyə"də Mazhar Alanson və Özkan cütlüyünün komandasında yarışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31