"Çətin missiya-5" filminin premyera tarixi dəyişdi

"Paramount Pictures" studiyası "Çətin missiya -5" filminin premyerasının tarixini dəyişdirib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, filmin premyerası bu il dekabrın 25-dən iyulun 31-nə keçirilib. Bununla da prodüserlər 2015-ci ilin dekabrın 18-də prokata çıxacaq "Ulduzlar müharibəsi" filminin yeddinci epizodu ilə rəqabətdən yayınmaq istəyirlər.

Qeyd edək ki, rejissoru Brayan de Palma, baş rol ifaçısı Tom Kruz olan "Çətin missiya" filminin ilk hissəsi 1996-cı ildə ekrana çıxıb. Film prokatda 456,5 milyon dollar qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31