“O Səs Türkiyə”də daha bir həmyerlimiz seçildi

Həmyerlimiz "Sil baştan" adlı məşhur mahnını ifa edib

 "O səs Türkiyə"nin yeni buraxılışında daha bir həmyerlimiz səhnəyə çıxıb.ANS PRESS-in mləumatına görə, Gökhan Özoğuzun komandasında yarışan həmyerlimiz İsmayıl Qubliyev "Birə bir" mərhələsində türkiyəli iştirakçı Melis adlı iştirakçıyla yarışıb.O, Şəbnəm Fərahın repertuarından "Sil baştan" adlı məşhur mahnını ifa edib. Onun çıxışı münsiflərin və tamaşaçıların zövqüncə olub.Sonda seçim edən Gökhan həmyerlimizlə yola davam etmək istədiyini bildirib.Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31