Faiq Ağayevdən ürək parçalayan sözlər VIDEO
26 Yanvar 2015 11:55 Mədəniyyət"Xalq artisti Faiq Ağayevin ailəsində böyük itki baş verib. Bu gün səhər saatlarında sənətçinin atası Balağa Ağayev ömrünün 71-ci ilində dünyasını dəyişdi. Son zamanlar səhhətində ciddi problemlər yaşayan Balağa müəllimin dünən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə gətirilib. B.Ağayev elə öz evindəcə əbədiyyətə qovuşdu". Hadisə 2011-ci ilin yanvarın 26-da baş verib. Artıq həmin ildən 4 il ötür. Xalq artisti atası bu barədə öz təəssüratlarını "Facebook" profilində paylaşıb. "Artıq dörd ildir ki, atam yoxdur. Dostum, məsləhətçim, ağıllı fikirlər verənim. Qucaqlayacağım və fikirlərimi bölüşəcəyim biri yoxdur. Onun dəstəyini hiss etmək istərdim. Mənə mərdliyi, bir simalığı, daxili azadlığı, məsuliyyətli olmağı öyrədənim. Ata, Allah səni cənnətlə şərəfləndirsin! Ruhun şad, məkanın cənnət olsun, ata! Valideynlərinizi qoruyun, onları tez-tez yoxlayın. Allahın sizə verdiyi bu əvəzolunmaz xoşbəxt ünsiyyəti qoruyun!" - deyə Faiq Ağayev qeyd edib. Xalq artisti daha sonra yazır: "Nə olar, dostlar, mənə "Başın sağ olsun" deməyin. Lütfən, deməyin. O başın ki, Tacı düşüb, nəyinə, harasına salamatlıq gərək?". Biz də "Olaylar" kollektivi olaraq, Xalq artisti Faiq Ağayevə, onun anası, qardaşları və yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Yaradandan səbr diləyirik. ("OLAYLAR" İA)