Tanınmış aparıcı Ulvira özünü niyə bədbəxt sayır?
26 Yanvar 2015 11:38 MədəniyyətAiləm.az-ın "Qadın..." rubrikasında tanınmış azərbaycanlı qadınların qadınlar haqda fikirlərini dərc edirik. Qonağımız aparıcı Ulvira Qarayevadır.
1. "Xoşbəxt qadın" deyəndə ağlıma evli qadın gəlir.
2. Qadının ən çox ailəyə ehtiyacı var.
3. Karyera qadına özünü təsdiqləmək üçün lazımdır.
4. Qadına hər şeyi bağışlamaq olar.
5. Azərbaycan qadını fərqli cəhəti onun fədakarlığındadır.
6. Seksuallıq qadının baxışlarındadır.
7. Məşhur qadın olmağın pis tərəfi şəxsi həyatı gizli saxlamağın çətinləşməsindədir.
8. Ən çox yarımçıq insanlar boşanır. Başısoyuqluluqdan. Düşünən qadınlar arasında boşanan azdır.
9. Hər bir qadın gərək ailəsinin qədrini bilsin.
10. Qadın olduğuma heç vaxt peşman olmamışam.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31