Məşhur aktrisa boşanır
25 Yanvar 2015 20:23 Mədəniyyət"Muhteşem yüzyıl" serialının Mahidevran Sultanı Nur Fettahoğlu iş adamı olan həyat yoldaşı Levent Veziroğludan boşanmağa hazırlaşır."Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın həyat yoldaşıyla yaşadığı Rumelihsarıdaki evdən 1 ay əvvəl ayrıldığı iddia edilir. Ailəsi cütlüyün boşanmasına etiraz etsə də, onlar qərarlarını dəyişməyiblər.Fettahoğlu "Doğuş" qrupunun rəhbərlərindən Levent Vəziroğlu ilə 2013-cü il oktyabrın 30-u ailə qurub.Qeyd edək ki, Nur Fettahoğlu ilk evliliyini birjaçı Murat Aysanla etmiş, cütlük razılaşmalı olaraq boşanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31