Məşhur müğənnidən həmkarlarına sərt ismarıc VIDEO
Səbuhi Həsənov: “Pullarınızı havaya sovurmayın”
22 Yanvar 2015 16:35 Mədəniyyət"Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Səbuhi Həsənov yeni klipinin təqdimatını keçirib. "Sevgimiz" adlanan mahnıya çəkilmiş kilpin rejissoru Səmimi Fərhad, prodüseri İbrahim Türksoydur. İdeya Vüsal Mehrəliyevə, montaj Firdovsi Nəbiyevə, mahnının sözləri Aysel Əbilovaya, musiqisi Sahil Əliyevə məxsusdur. Klip "Nano" film studiyasında hazırlanıb. S.Həsənov "Olaylar"a açıqlamasında klipin çəkilişinin 9 min manata başa gəldiyini deyib. O, klip işinin əcnəbi mütəxəssislərə yox, yerli rejissorlara həvalə edilməsini də həmkarlarının diqqətinə çatdırıb. "Azərbaycanda öz işini kifayət qədər yaxşı bilən peşəkarlar var. "Sevgimiz" adlanan mahnıya çəkilən son klipin öhdəsindən Səmimi Fərhad çox yaxşı gəlib. Azərbaycan şou-biznesində elə sənətçilər var ki, əcnəbi rejissorlara yüz minlərlə pul xərcləyirlər. Sonluqda isə yaxşı nəticələr əldə edə bilmirlər. Özləri də sonradan klipləri bəyənmirlər, çox pul xərclədikləri üçün tərifləmək məcburiyyətində qalırlar. Həm də bu yolla özlərini reklam edirlər. Halbuki həmin klipləri daha az qiymətə görən, peşəkarlarımız var. İsraf etmək lazım deyil. Başa düşürəm, müğənni üçün ifa etdiyi mahnıya yaxşı çəkilmiş klip böyük məna kəsb edir. Lakin bunun üçün yüz minlərini havaya sovurmaq lazım deyil" - deyə Səbuhi Həsənov bildirib. Qeyd edək ki, S.Həsənov Azərbaycanda bir çox musiqi janrlarları ilə yanaşı, rok janrında da ifa etməyi bacaran yeganə sənətçilərdən biri sayılır. ("OLAYLAR" İA)